Rusiya XİN-i Nikaraquada kəşfiyyat bazası tikməsi haqda məlumatı təkzib edib | 1news.az | Xəbərlər
Dünya

Rusiya XİN-i Nikaraquada kəşfiyyat bazası tikməsi haqda məlumatı təkzib edib

17:23 - 11 / 07 / 2016
Rusiya XİN-i Nikaraquada kəşfiyyat bazası tikməsi haqda məlumatı təkzib edib

Moskva Qərb KİV-lərinin Rusiyanın QLONASS stansiyasının adı altında Nikaraquada kəşfiyyat mərkəzi tikməsi barədə məlumatları təkiz edib.

1news.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu haqda Rusiya XİN-nin Latın Amerika departamentinin direktoru Aleksandr Şetinin deyib.

“Bizim Nikaraqua ilə QLONASS üzrə əməkdaşlığımız şəffaf həyata keçirlir və beynəlxalq hüquq çərçivəsindədir. Burada heç bir “kəşfiyyat məlumatları mərkəzi” yoxdur. Bizim fantastik iddialara verəcək cavabımız yoxdur”, - deyə, o qeyd edib.

Qeyd edək ki, daha əvvəl ABŞ KİV-lərində Rusiyanın Nikaraquada elektron kəşfiyyat mərkəzi tikdiyi barədə məlumatlar yayılmışdı.

1news.az

Paylaş:
696

Son xəbərlər

Bütün xəbərlər