Binəli Yıldırım: “Rusiya ilə münaqişədə biz haqlı idik, lakin düşmənçilik əbədi davam edə bilməz” | 1news.az | Xəbərlər
Dünya

Binəli Yıldırım: “Rusiya ilə münaqişədə biz haqlı idik, lakin düşmənçilik əbədi davam edə bilməz”

11:50 - 12 / 07 / 2016
Binəli Yıldırım: “Rusiya ilə münaqişədə biz haqlı idik, lakin düşmənçilik əbədi davam edə bilməz”

Türkiyənin maraqları bölgə və qonşu dövlətlərlə münasibətlər ilə sıx bağlıdır.

1news.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu haqda qardaş ölkənin baş naziri Binəli Yıldırım deyib.

“Biz bütün ölkələrə dost kimi baxırıq və Qara və Aralıq dənizi bölgələri dövlətləri ilə tərəfdaşlığımızı maksimal sürətdə dərinləşdirməyə,  problemləri minimuma endirməyə çalışacayıq”, - deyə, B.Yıldırım qeyd edib.

Bu məcrada baş nazir İsraillə münasibətlərin normallaşması prosesini misal çəkib.

“İsrarlı danışıqlar nəticəsində biz razılığa gələ bildik. Anlaşmanın bəhrəsini artıq  bu bayram günərində ilk növbədə Qəza sektorunun sakinləri hiss etdilər. Rusiya ilə münasibətlərlə bağlı eyni şeyi demək olar. Biz münaqişədə haqlı idik, lakin düşmənçilik əbədi davam edə bilməz. Türkiyənin İraq, Suriya, Misir və bölgənin digər ölkələri ilə münasibətlərinin pisləşməsi üçün heç bir səbəb yoxdur, əksinə tərəfdaşlığın inkişafı üçün bəhanə kifayət qədərdir. Zamanla biz bu məqsədlərə nail olacayıq”, - deyə B.Yıldırım qeyd edib.

1news.az

Paylaş:
650

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər