Unibank Mobile-la əməliyyat et, İphone 6S qazan!
Bank filialına getmədən, ödəmə terminalı axtarmadan, elə evdə, işdə oturduğunuz yerdəcə telefonunuzdan bank əməliyyatı edirsiniz və İphone 6S qazanırsınız.
Bu şansı sizə Unibank yaradır. Bankın Unibank Mobile əlavəsi istifadəçiləri arasında keçirdiyi lotereyanın şərtlərinə görə, mobil bankinqlə əməliyyat edən müştərilər onlarla dəyərli hədiyyə qazanacaqlar.
Lotereyada oynanılan hədiyyələr:
-İphone 6S 16 GB Space Grey – 2 ədəd
-Dinamik Bose SoundLink Mini Bluetooth II – 2 ədəd
-100 manatlıq Albukart – 5 ədəd
-50 manatlıq Albukart – 15 ədəd
Lotereya 12 iyulda başlayır və oktyabrın 12-dək davam edəcək. 24 qalibin müəyyənləşdiriləcəyi tiraj 28.10.2016 tarixində oynanılacaq və iki hissədən ibarət olacaq. Birinci hissədə 12 iyul-12 oktyabr 2016-cı il tarixləri arası Unibank Mobile əlavəsində əməliyyat edən müştərilər iştirak edəcək.
Unibank Mobile əlavəsində hər biri minimum 5 AZN olan 3 əməliyyat, iştirakçıya 1 şans qazandıracaq. Lotereya dövrünə düşən hər təqvim ayı müştəri edəcəyi əməliyyatlardan maksimum 50 şans, yəni ümumi 3 ayda 150 şans toplaya biləcək.
İkinci hissədə lotereya müddətində Unibank Mobile əlavəsini yükləyərək 12 iyul -12 oktyabr tarixləri arasında minimum 1 əməliyyat edən müştərilər iştirak edəcək. Hər müştərinin yalnız bir şansı olacaq. Birinci hissədə qalib gələn müştərilər, ikinci hissədə iştirak edə bilməzlər.
Unibank Mobile əlavəsində şans qazandıran əməliyyatlar:
- Kredit ödənişi;
- Pul köçürmələri
• Hesabdan hesaba, kartdan hesaba, hesabdan karta fərqli valyutada
• Güzəştsiz kartdan hesaba
• Hesabdan güzəştli karta
• Kartdan karta
• Cari hesabdan əmanət hesabına fərqli valyutada
• Kartdan əmanət hesabına
- Mobil operator ödənişləri
- Stasionar telefon ödənişləri
- Kommunal ödənişlər
- İnternet, Kabel TV ödənişləri
- Asan imza ilə əmanət təminat altında kredit açmaq.
- Asan imza ilə əmanət hesabı açmaq.
Digər əməliyyatlar lotereyada iştirak etmir və reversal (ləğv olunmuş) əməliyyatlar şans kimi qiymətləndirilməyəcək. Lotereyada iştirak Unibankın işçilərinə şamil edilmir. Tiraj bankın baş ofisində (R.Behbudov küçəsi 55) keçiriləcək.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank-hər kəsin bankı!