İyun ayında Ceyhan limanından 2,1 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

İyun ayında Ceyhan limanından 2,1 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb

13:50 - 13 / 07 / 2016
İyun ayında Ceyhan limanından 2,1 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb

2016-cı ilin iyun ayı ərzində 2 milyon 143 min 253 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

1news.az-ın SOCAR-ın rəsmi saytına istinadən verdiyi məlumata əsasən, bu həcmin 1 milyon 424 min 400 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 14 milyon 774 min 660 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il iyul ayının 1-ə qədər Ceyhan limanından 305 milyon 968 min 432 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Bundan əlavə, iyun ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 489 min 988 ton Azərbaycan nefti nəql olunub.

Cari ilin yanvar-iyun aylarında bu kəmərlə 14 milyon 930 min 790 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il iyul ayının 1-ə qədər BTC-yə 307 milyon 606 min 179 ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin iyun ayında BTC kəməri ilə 371 min 206 ton Türkmənistan nefti nəql olunub.

1news.az

Paylaş:
384

Son xəbərlər

Bütün xəbərlər