Buzovna sakininin başına xəsarət yetirərək pulunu və telefonunu alan şəxs tutuldu
Polis əməkdaşları küt alətlə Bakı sakininə xəsarət yetirərək cibindəki pulun və mobil telefonu alan şəxsi saxlayıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, hadisə iyulun 11-də Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib.
Belə ki, naməlum şəxs qəsəbə sakini Bakir Məmmədovun baş nahiyəsinə küt alətlə xəsarət yetirib cibindəki 900 manat pulu və mobil telefonu götürüb.
Xəzər polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov tutulub.
1news.az
406