PKK-ya “fitrə” adı ilə yardım toplayan 2 şəxs saxlanılıb
Türkiyənin Manisa bölgəsində 2 şəxs PKK-nın üzvü olması və ramazan ayında terrorçu təşkilat üçün pul toplaması iddiaları ilə saxlanılıb.
1news.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, şəxslərin HDP partiyasının üzvü olduqları qeyd olunur.
Manisanın girişində durdurulan avtomibilin içindən karton qutu içində 35 min lira və 500 dənə yardım konverti aşkarlanıb və müsadirə edilib.
Şəxsləri məhkəmə gözləyir.
1news.az
727