Rusiya təyyarələri Suriyada "qaçqın düşərgəsini bombalayıb"
Rusiyaya məxsus olduğu güman edilən təyyarələrdən İordaniya ilə həmsərhəd bölgədəki qaçqın düşərgəsinə endirilən zərbələr 9 adam ölümünə səbəb olub, fəallar bildirir.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumata əsasən, ucqar səhralıqda yerləşən Həmməd çadır şəhərciyinin bombalanması nəticəsində onlarla adamın yaralandığı bildirilir.
Qurbanların çoxu Şərqin Şirləri adı ilə tanınan üsyançı qruplaşmasında döyüşən silahlıların ailə üzvləridir.
Suriyalı fəal Said Seif, Yerli Koordinasiya Komitələri (LCC) şəbəkəsinə bildirib ki, çərşənbə axşamı günü həyata keçirilən hava hücumunda kasset bombalarından istifadə olunub.
O, hava reydi nəticəsində 15 adamın həlak olduğunu və 40 nəfərin xəsarət aldığını deyir.
Əhməd əl-Maslameh adlı daha bir fəal 8 nəfərin öldüyünü bildirib, Associated Press agentliyi xəbər verir.
1news.az