Türkiyə Parlamenti yekdilliklə hərbçilər tərəfindən dövlət çevrilişi cəhdini pisləyib | 1news.az | Xəbərlər
Dünya

Türkiyə Parlamenti yekdilliklə hərbçilər tərəfindən dövlət çevrilişi cəhdini pisləyib

20:04 - 16 / 07 / 2016
Türkiyə Parlamenti yekdilliklə hərbçilər tərəfindən dövlət çevrilişi cəhdini pisləyib

İyulun 16-sı Türkiyə parlamentinin föqəladə toplantısı keçirilib.

1news.az-ın verdiyi məlumata əsasən, toplantıda daha əvvəl dövlət çevrilişinə qarşı eyni mövqedən çıxış etmiş AKP, CHP, HDP və MHP partiyalarının təmsilçiləri iştirak edir.

Toplantı çərçivəsində Türkiyə Parlamentinin spikeri İsmayıl Kahramanın, baş nazir Binəli Yıldırımın, Kemal Kılıçdaroğlunun (CHP-nin sədri), Dövlət Baxçalının (MHP-nin sədri) və İdris Balukenin (HDP) çıxışları baş tutub.

Sonra isə spiker hər 4 partiyanın birgə bəyanatını oxuyub.

Öz bəyanatında partiyalar Türkiyədə müəyyən hərbi güclər tərəfindən həyata keçirilən dövlət çevrilişi cəhdini qəti şəkildə pisləyiblər.

Həmçinin partiyalar, ölkədə demokratik ənənələrini qoruyan vacib təsisat olan, Parlament binasına bomba zərbələrinin endirilməsini pisləyiblər.

Bəyanatda, tankların və hərbçilərin qarşı çıxaraq dövlət çevrilişinə qarşı öz mövqeyini bildirən xalqın rolu xüsusi ilə qeyd olunur.

“Biz hamıya təşəkkür edirik və ötən gün canlarından keçən heç kimi yaddan çıxarmayacayıq”, - bəyanatda deyilir.

Partiyalar, 15 iyul tarixində - belə mürəkkəb bir zamanda toplaşaraq bombalar qarşısında toplantı

“Hamı bilməlidir ki, gələcəkdə də bizim xalq demokratiyaya əl uzatmağa imkan verməyəcək. Parlament xalqın idarəetmə hüququnu dəstəkləyəcək və qəti şəkildə bütün çevrilişlərə qarşı çıxış edəcək.

Öz növbəsində partiyaların birgə mövqeyi xalqın birliyini möhkəmləndirəcək”, - deyə bəyanatda vurğulanır.

Deputatlar həmçinin günahkarların ən sərt şəkildə cəza çəkmələrini tələb ediblər.

“Müxtəlif siyasi baxışlara və mövqelərə baxmayaraq, 4 opartiya birgə mövqedən çıxış edərək demokratiyanı dəstəklədilər. Biz xalqın gücünə əl uzatmaq istəyən bütün cəhdləri qətiyətlə pisiləyir və bizə dost olan ölkələrə göstərdikləri  dəstəyə görə təşəkkür edirik”, - bəyanatda qeyd edilir.

1news.az

Paylaş:
1869

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər