Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub
İyulun 17-də Rusiya Prezidenti Vladimi Putin ilə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
1news.az TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Türkiyədə baş verən qiyamda çoxsaylı insan tələfatından kədərləndiyini bildirib, Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Vladimir Putin dövlətin konstitusion quruluşuna qarşı fəaliyyətin yolverilməzliyi ilə bağlı Rusiyanın prinsipial mövqeyini ifadə edib.
Telefon danışığında Türkiyədə rusiyalı turistlərin təhlükəsizliyi məsələləri də müzakirə olunub.
558