Beyləqan rayonunun Şərq qəsəbəsinə ilk dəfə təbii qaz verilib
İyulun 18-də Beyləqan rayonunun Şərq qəsəbəsinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
1news.az-ın məlumatına görə, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 400 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 12 570 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonenetlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
1news.az
526