Nazarbayev Almatıda baş verən atışmadan sonra Təhlükəsizlik Şurasının iclasını keçirib
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bazar ertəsi Almatıda dörd nəfərin ölümü ilə nəticələnin silahı hücumdan sonra Təhlükəsizlik Şurasının iclasını keçirib.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətinin Twitter-də yaydığı məlumatda qeyd olunur.
Dövlət başçısı Təhlükəsizlik Şurasının iclasında bildirib ki, bu gün Almatıda terror aktı törədilib və təəssüflər olsun ki, insan itkisinə səbəb olub:
“Həlak olanların və yaralananların yaxınlarına başsağlığı verirəm. Onlara müvafiq psixoloji və maddi dəstək göstərmək lazımdır”.
Prezident, həmçinin Almatıda qayda-qanunu təmin etmək üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına tapşırıq verib.
Bundan əlavə N.Nazarbayev İnformasiya və Kommunikasiya Nazirliyinə əhalini vaxtında və tam informasiya ilə təmin etməyi, vətəndaşların bütün sorğulatına operativ reaksiya verməyi tapşırıb.
Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyinin Almatı rayon idarəsinin binasına və MTK-nın departamentinə silahlı hücum edilib. Hücum nəticəsində üç polis əməkdaşı və bir mülki vətəndaş olmaqla dörd nəfər həlak olub və 8 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hücumda şübhəli bilinən şəxs yaralanaraq polis tərəfindən saxlanılıb və şəxsiyyəti müəyyən edilib.
Mövzu ilə əlaqədar oxuyun:
1news.az