Neftin qiyməti yenidən bahalaşmağa başlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neftin qiyməti yenidən bahalaşmağa başlayıb

09:15 - 18 / 07 / 2016
Neftin qiyməti yenidən bahalaşmağa başlayıb

London və Nyu-York birjalarında aparılan hərracların nəticəsi göstərir ki, dünya birjalarında neftin qiyməti artmaqdadır.

1news.az Bloomberg-ə istinadla xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.50% artaraq 47.85 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0.15%  artaraq 46.02 dollar təşkil edib.

1news.az

Paylaş:
923

Son xəbərlər

Bütün xəbərlər