Malidə yaraqlılar hərbi bazanı ələ keçirib, hərbçilər əks hücuma hazırlaşır | 1news.az | Xəbərlər
Dünya

Malidə yaraqlılar hərbi bazanı ələ keçirib, hərbçilər əks hücuma hazırlaşır

15:41 - 19 / 07 / 2016
Malidə yaraqlılar hərbi bazanı ələ keçirib, hərbçilər əks hücuma hazırlaşır

İyulun 19-da yaraqlılar Malinin mərkəzində yerləşən Nampala şəhərindəki hərbi bazaya hücum edərək onu ələ keçirib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, hərbçilər Diabal şəhərində yenidən qruplaşaraq əks hücum üçün hazırlıqlara başlayıb.

Xatırladaq ki, Malidə təhlükəsizlik sahəsində vəziyyət 2015-ci il noyabrın 20-də bir qrup yaraqlının paytaxt Bamakodakı Radisson otelinə basqınından sonra xeyli qəlizləşib.

19 nəfərin ölümünə səbəb olan həmin hücumun məsuliyyətini İŞİD-lə əlaqəsi olan “Əl-Murabitun” qruplaşması öz üzərinə götürüb.

1news.az

Paylaş:
588

Son xəbərlər

Bütün xəbərlər