Meteoroloqlardan xəbərdarlıq: Uzun müddət qızmar günəş altında qalmayın | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: Uzun müddət qızmar günəş altında qalmayın

13:35 - 20 / 07 / 2016
Meteoroloqlardan xəbərdarlıq: Uzun müddət qızmar günəş altında qalmayın

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyul ayının 21-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 34-38, bəzi yerlərdə 40 dərəcəyədək isti, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacaq.

Meteoroloqların tibbi-meteoroloji xəbərdarlığına görə, iyulun 21-də Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti fonunda gündüz zəif cənub-şərq küləklərinin üstünlüyü əksər əhali üçün əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.

1news.az

Paylaş:
597

Son xəbərlər

Bütün xəbərlər