Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başa çatdı
Türkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclası başa çatıb.
1news.az-ın TRT Haber-ə istinadla verdiyi xəbərə görə, iclasda iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən sonrakı vəziyyət müzakirə edilib və bu istiqamətdə mühüm qərarlar qəbul olunub.
İclasda MGK-nın üzvləri – Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Silahlı Qüvvələrin Baş qərargah rəisi Hulusi Akar, baş nazirin müavinləri, ədliyyə, milli müdafiə, daxili işlər, xarici işlər nazirləri, Quru Qoşunları, Hərbi Dəniz, Hərbi Hava və Jandarma Qüvvələrinin komandirləri iştirak ediblər.
MGK-nın iclasından sonra Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökumət üzvlərinin toplantısı da keçiriləcək.
Qeyd edək ki, qiyamla əlaqədar Türkiyə Böyük Millət Məclisi baş katibinin müavinləri – Məhəmməd Bozdağ, Kamal Kaya və Mustafa Tamirci vəzifələrindən uzaqlaşdırılıb.
Mövzu ilə əlaqədar oxuyun:
1news.az