Fransada fövqəladə vəziyyət rejiminin vaxtı uzadılıb | 1news.az | Xəbərlər
Dünya

Fransada fövqəladə vəziyyət rejiminin vaxtı uzadılıb

10:25 - 20 / 07 / 2016
Fransada fövqəladə vəziyyət rejiminin vaxtı uzadılıb

Fransa parlamentinin aşağı palatası ölkə ərazisində fövqəladə vəziyyətin qüvvədə olma müddətin uzadılmasının lehinə səs veriblər.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi məlumata görə, hökumət təmsilçisi Manuel Vals fövqəladə vəziyyətin 3 ay müddətdə qüvvədə olmasını təklif edib. Lakin deputatlar bu müddətin bir qədər də artırılmasını dəstəkləyiblər.

Qeyd edək ki, ötən ilin noyabrında baş vermiş terror aktından sonra elan edilmiş fövqəladə vəziyyətin müddəti iyulun 26-da başa çatır.

1news.az

Paylaş:
453

Son xəbərlər

Bütün xəbərlər