Neft bahalaşmaqda davam edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neft bahalaşmaqda davam edir

11:17 - 21 / 07 / 2016
Neft bahalaşmaqda davam edir

Dünya bazarında neftin qiyməti artmaqda davam edir.

1news.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,19 dollar artaraq 45,94 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,22 dollar artaraq 47,39 dollar olub.

Azərbaycan neftinin qiyməti də artıb. Belə ki, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,15 dollar və ya 0,31% bahalaşaraq 48,48 dollar təşkil edib.

Ekspertlər neftin qiymətinin aşağı düşməsinə əsas səbəb kimi ABŞ bazarında neft ehtiyatlarının həcminin azalmasını göstərirlər.

1news.az

 

Paylaş:
368

Son xəbərlər

Bütün xəbərlər