Manat dollara qarşı ucuzlaşıb, rubl və lirəyə nisbətdə isə bir qədər möhkəmlənib
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
1news.az-ın AMB-a istinadən verdiyi xəbərə görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 20-si ilə müqayisədə 0,2% artaraq 1,5693 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,34% möhkəmlənərək 1,7314 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,4% ucuzlaşaraq 0,0246 manat səviyyəsinə enib.
Türkiyə lirəsi də manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 1,11% azalaraq 0,5093 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0769 manatdır. Beləliklə, funt sterlinq də 1,16%-lik bahalaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi isə 0,2% möhkəmlənərək 0,6692 manata yüksəlib.
1news.az
21.07.2016 tarixdən etibarən | |||
---|---|---|---|
Valyuta | Kod | Kurs | |
1 ABŞ dolları | USD | 1.5693 | |
1 Avro | EUR | 1.7314 | |
1 Avstraliya dolları | AUD | 1.1756 | |
1 Argentina pesosu | ARS | 0.1042 | |
1 Belarus rublu | BYN | 0.7932 | |
1 Braziliya rialı | BRL | 0.4816 | |
1 BƏƏ dirhəmi | AED | 0.4272 | |
1 Cənubi Afrika randı | ZAR | 0.1097 | |
100 Cənubi Korea vonu | KRW | 0.1378 | |
1 Çexiya kronu | CZK | 0.0641 | |
100 Çili pesosu | CLP | 0.2406 | |
1 Çin yuanı | CNY | 0.2352 | |
1 Danimarka kronu | DKK | 0.2328 | |
1 Gürcü larisi | GEL | 0.6692 | |
1 Honq Konq dolları | HKD | 0.2023 | |
1 Hindistan rupisi | INR | 0.0233 | |
1 İngilis funt sterlinqi | GBP | 2.0769 | |
100 İndoneziya rupiası | IDR | 0.012 | |
100 İran rialı | IRR | 0.0051 | |
1 İsveç kronu | SEK | 0.1828 | |
1 İsveçrə frankı | CHF | 1.5938 | |
1 İsrail şekeli | ILS | 0.407 | |
1 Kanada dolları | CAD | 1.2032 | |
1 Küveyt dinarı | KWD | 5.1878 | |
1 Qazaxıstan tengəsi | KZT | 0.0046 | |
1 Qırğız somu | KGS | 0.0233 | |
100 Livan funtu | LBP | 0.1041 | |
1 Malayziya rinqqiti | MYR | 0.3871 | |
1 Meksika pesosu | MXN | 0.0841 | |
1 Moldova leyi | MDL | 0.0795 | |
1 Misir funtu | EGP | 0.1767 | |
1 Norveç kronu | NOK | 0.1849 | |
100 Özbək somu | UZS | 0.0531 | |
1 Polşa zlotası | PLN | 0.3963 | |
1 Rusiya rublu | RUB | 0.0246 | |
1 Sinqapur dolları | SGD | 1.1565 | |
1 Səudiyyə Ərəbistanı rialı | SAR | 0.4184 | |
1 SDR (BVF-nun xüsusi borcalma hüquqları) | SDR | 2.1743 | |
1 Türk lirəsi | TRY | 0.5093 | |
1 Tayvan dolları | TWD | 0.049 | |
1 Tacik somonisi | TJS | 0.1994 | |
1 Yeni türkmən manatı | TMT | 0.4671 | |
1 Ukrayna qrivnası | UAH | 0.0633 | |
100 Yapon yeni | JPY | 1.4653 | |
1 Yeni Zelandiya dolları | NZD | 1.0971 | |
Qızıl | XAU | 2065.0419 | |
Gümüş | XAG | 30.2891 | |
Platin | XPT | 1674.4431 | |
Palladium | XPD | 1018.4757 |