Çində şiddətli yağışlar: 14 nəfər həlak olub
Çinin şimal hissəsində yağan şiddətli yağışların törətdiyi fəsadlar 14 nəfərin ölməsinə, 72 nəfərin itkin düşməsinə səbəb olub.
Xebey vilayəti mülki məsələlər bürosunun məlumatında deyilir ki, aramsız yağışların törətdiyi fəsadlar nəticəsində 7 mindən çox fərdi ev uçub, 123 mindən çox sakin təxliyə edilib, 1,48 milyon hektar əkin sahəsinə ziyan dəyib, nəqliyyatın hərəkətində, elektrik təchizatında və kommunikasiya sistemində fasilələr yaranıb.
Xatırladaq ki, Çin Milli Meteorologiya Mərkəzi ölkənin şimal hissəsində gözlənilən şiddətli yağışlarla əlaqədar daha əvvəl elan etdiyi “sarı” xəbərdarlığı iyulun 20-də bir mərhələ yüksəldərək “narıncı” xəbərdarlıq səviyyəsinə çatdırıb.
AZƏRTAC
642