Ərdoğan: Yunan adalarında nə itirmişəm? – FOTO | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan: Yunan adalarında nə itirmişəm? – FOTO

15:12 - 22 / 07 / 2016
Ərdoğan: Yunan adalarında nə itirmişəm? – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ölkədə hərbi çevrilişə cəhd edilən gecə yunan adalarında gizlənmək təklif olunub.

Posta Gazetesi Marmarisdə otel sahibinin müsahibəsini öz səhifəsində paylaşıb. Hadisə baş verən gecə bu oteldə Türkiyənin dövlət başçısı istirahət edirmiş və çevrilişə cəhd xəbərini eşidən kimi İstanbula qayıdıb. 

Marmarisdəki otelin sahibi Serkan Yazıçı həmin gecənin ən çətin 6 saatı haqda bunları söyləyib:

“Buraları yaxşı tanıdığım üçün prezident məndən soruşdu: Serkan, dəniz vasitəsilə hansı istiqamətinə tez çatmaq olar?”

Dedim ki, Dalaman aeroportuna, lakin bu zaman biz, Axsaz hərbi-dəniz bazasından keçməli olacağıq.

 “Yox, ora olmaz. Bəs başqa haraya?”, - deyə, prezident düşündü.

“Buradan yunan adaları çox yaxındır. Mən sizi oraya apara bilərəm”, - dedim.

Və bu ana qədər soyuqqanlı görünən Ərdoğan çox əsəbiləşdi: “Qardaşım, yunan adalarında nə itirmişəm? Mən soruşuram ki, İstanbual necə getmək olar?”

Yalnız CNN Türk-lə əlaqə saxlayaraq xalqa müracitə edən anda prezidentin üzündə təbəssüm gördüm.

Bir saat sonra Ərdoğanın kürəkəni Berat Albayrakın telefonuna zəng gəldi. Telefon zəngindən sonra Ərdoğan mənə baxaraq dedi:

“Xalq əllərində bayraqlarla tanklara qarşı yürüyüb. Böyük qarşıdurmalar var. Küçələr insanlarla doludur”. 

Kimsə dedi ki, qiyamçılardan bir dəstə buraya, otel tərəf gəlir, lakin onların nə vaxt gələcəyini  heç kəs bilmirdi.

Qapıdan baxanda mühafizəçilərdən olan polislər bir-birləri ilə görüşürdülər. Mühafizə rəisi Möhsün Kosa prezidentin əlindən tutaraq:

“Əfəndim, dərhal getməliyik. Burada çox qala bilmərik”, dedi.

 “Oldu, bismillah”, - söylərəyək prezident ayağa qalxdı.

“Hər şeyə görə təşəkkürlər”, - qapıdan çıxarkən o, söylədi.

Vertolyotların işığı söndürüldü. Onlar aşağıdan uçaraq radarlara düşməməyə çalışırdı. 

Prezidentin kiminləsə telefonla ucadan danışığı eşidilirdi:

“Onların tankı, bizim isə inamımız var. Müqavimət göstərin. Lazım gələrsə canımızdan da keçərik”.

Danışıq bitdikdən sonra o, mənə tərəf çevrilərək:

“Serkan, sən tarixə şahid oldun”, - deyə, söylədi.

1news.az

Paylaş:
885

Son xəbərlər

Bütün xəbərlər