Xəzər Universiteti neft və qaz sahəsində elmi-tədqiqat layihəsinə başlayıb
Xəzər Universiteti neft və qaz mühəndisliyi departamentinin “EİLİNK” Elmi-Tədqiqat və İnkişaf Mərkəzi BP şirkətinin sifarişi əsasında elmi-tədqiqat layihəsinə başlayıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft yataqlarının Abşeron rayonunun Yasamal dərəsi, Şubanı, Şabandağ, Atəşgah, Lökbatan, Puta-Quşxana, Şonqar və Korgöz-Qızıltəpə sahələrinin tədqiqat işləri nəticəsində araşdırma aparılacaq.
Layihə BP-Azərbaycan, Gürcüstan və Türkiyə regional şirkəti tərəfindən rəsmi olaraq təsdiqlənib.
Xəzər Universiteti və “Azərbaycan Neft Mühəndisləri” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən layihənin doqquz ay müddətində yerinə yetirilməsi nəzərdə tutulub.
1131