Türkiyədə 1043 özəl təhsil qurumu bağlanıb
Türkiyədə elan olunan fövqəladə vəziyyət çərçivəsində ölkədə 1043 özəl təhsil qurumu, 1229 fond və dərnək, 19 həmkarlar ittifaqı, federasiya və konfederasiya bağlanıb.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin “Rəsmi qəzeti”ndə məlumat yerləşdirilib. Bağlanan müəssisələr arasında tələbə yataqxanaları, səhiyyə müəssisələri də var.
Fövqəladə vəziyyət çərçivəsində şübhəlilərin saxlanılma müddəti 30 günədək artırılıb.
Xatırladaq ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə Fətullahçı terror təşkilatının (FETÖ) üzvləri tərəfindən dövlət çevrilişinə cəhdlə əlaqədar parlament Nazirlər Kabinetinin qəbul etdiyi fövqəladə vəziyyət haqqında qərarı təsdiqləyib.
738