Bu gündən Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayıb
İyulun 25-dən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1-ci, 3-cü və 5-ci günləri olmaqla Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.
O bildirib ki, avtobusun yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9:00-dadır. Gediş biletinin qiyməti 35 manat təşkil edir.
Ş.Mehmanqızı qeyd edib ki, bu rey üzrə 5 yaşına qədər uşaqlar üçün bilet pulsuz, 5-10 yaş arası uşaqlar üçün 50 faiz endirimlədir. 10 yaşdan yuxarı uşaqlar üçün isə bilet tam qiymətədir. Bu bütün beynəlxalq reyslər üçün keçərlidir.
1news.az