Polis qadın geyimində də İŞİD-dən canını qurtara bilmədi - FOTO | 1news.az | Xəbərlər
Dünya

Polis qadın geyimində də İŞİD-dən canını qurtara bilmədi - FOTO

17:43 - 25 / 07 / 2016
Polis qadın geyimində də İŞİD-dən canını qurtara bilmədi - FOTO

İŞİD terrorçuları qadın geyimində qaçmaq istəyən polisi tutaraq qətlə yetirib.

1news.az “The Daily Mail” qəzetinə istinadən xəbər verir ki, Əfqanıstanın Nanqarhar bölgəsində İŞİD terrorçularına yaxalanmamaq üçün qadın geyimi geyən bir polis istəyinə nail ola bilməyib.

Polisi tutan terrorçular ona narıncı rəngdə “edam paltarı” geyindiriblər və uçurumun yanına apararaq güllələyiblər. İŞİD cəlladları daha sonra cəsədi uçurumdan aşağı atıblar.

Qeyd edək ki, İŞİD terrorçuları onlara beyət etməyənlər müxtəlif əzablı cinayətlərlə qətlə yetirirlər.

1news.az

Paylaş:
819

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər