Türkiyədə “vətən xainləri qəbristanlığında” qiyamçıların basdırılmasına başlanılıb - FOTO
İstanbul meri Qədir Topbaş “vətən xainləri qəbristanlığında” qiyamçıların basdırılması prosesinə başlanıldığını bildirib.
İstanbulun Avcılar meydanında beşsaatlıq mitinqdə çıxış edən Topbaş qeyd edib ki, FETÖ terror təşkilatı üzvlərindən olan silahlı basqın iştirakçılarından birinin dəfn mərasimi baş tutub.
“O, “vətən xainləri qəbristanlığında” dəfn edilib. Qiyamçının ailəsi ondan üz çevirmişdi və o, bu qəbristanlıqda dəfn edilib”, - bu haqda Hürriyet merin sözlərini sitat gətirir.
“Öz xalqını satan xainlərin ruhu heç vaxt rahatlıq tapmayacaq”, - qeyd edilir.
Daha əvvəl Topbaş çıxış edərək bəyan edib ki, Ordu şəhərinin meri qiyamçıların basdırılmasına icazə verməyib:
“Ailələri onları bağçalarında dəfn edib. Mən də söyləyirəm ki, heç bir qəbristanlıq onları qəbul etməyəcək. Bəzi atılmış qəbristanlıqları var ki, orada dualar oxunur. Orada da qiyamçıları dəfn etmək olmaz. “Vətən xainləri qəbristanlığı” yaradılmalıdır ki, oradan keçənlər onları qarğasın. Qiyamçılarım cəhənnəmə vasil olmasına heç şübhəm yoxdur”.
Qeyd edək ki, FETÖ – terror qruplaşası tərəfidnən iyulun 15-i gecə həyata keçən silahlı çevriliş cəhdi 22 saatdan az bir müddətdə iyulun 16-da saat 20.02-da qarşısı alınıb.
1news.az