Məşhur futbolçudan şok sözlər: “Məni bitirməyə çalışdılar”
Keçmiş futbolçu Ümit Karan da demokratiya növbəsi tədbirlərində çıxış edib.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı keçmiş futbolçu 15 iyulda çevrilişə cəhd göstərən FETÖ qruplaşmasına beyət etmədiyi üçün illərdir sıxışdırıldığını deyib.
O bildirib ki, futbola başladığı ilk zamanlardan bəri FETÖ futbolun içində olub və onlara beyət etməyənləri uzaqlaşdırıblar:
“Ən yaxşı olduğum vaxtlarda belə məni milliyə çağırmırdılar. Onlardan olmayanları sıxışdırırdılar. İllərdir onlara qarşı mübarizə aparıram”, - deyə keçmiş futbolçu söyləyib.
Ümit Karan sözlərinə əlavə edib ki, sadəcə ictimai qurumlarda deyil, bütöv bir “təmizlik” lazımdır:
“Futbol ictimaiyyətində bu terrorçu qruplaşmasına xidmət etdiyi bilinən insanlar var. Lakin, pərdə arxasında olanlar da var. Onların hamısı tapılmalı və onlardan xilas olmalıyıq. Mən bunun üçün mübarizəmi davam etdirəcəyəm”.
1news.az