Ərdoğandan Rusiyaya tarixi addım
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.
1news.az xəbər verir ki, 2015-ci ilin noyabr ayında Türkiyə hava məkanını pozan Rusiyaya məxsus SU-24 qırıcısının vurulmasından sonra iki ölkə arasındakı münasibət gərginləşmişdi.
Bu hadisədən sonra Rusiya və Türkiyə arasında “soyuq savaş” başlamış və bir çox sahələrdə məhdudiyyətlər tətbiq edilmişdi.
Lakin, son 1 ayda münasibətləri yenidən düzəltmək istəyən iki ölkə liderləri bir-birinə doğru müsbət addımlar atmağa başlayıb. Türkiyədə 15 iyul hadisələri zamanı Rusiya hökuməti Türkiyədə demokratiyanı dəstəklədiklərini açıqlamışdı.
Növbəti addım isə Ərdoğan tərəfindən gəlir. Belə ki, o, avqustun 9-da Rusiyanın Sankt Peterburq şəhərinə yola düşəcək və orada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Görüşdə iki ölkə arasında münasibətlərin yaxşılaşması istiqamətdə müzakirələrin olacağı gözlənilir.
1news.az