27 şagirdi 600-dən çox bal yığan məktəb direktorundan açıqlama
Sumqayıt məktəblərinin birində eyni sinifdə oxuyan şagirdlərdən ali məktəblərə qəbul imtahanlarında 27 nəfər 600-dən yuxarı bal toplayıb.
1news.az xəbər verir ki, Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 2 sinfinin şagirdləri imtahanlarda yüksək nəticə əldə edib.
Məktəbin direktoru Nizami Əhmədov Admiral.az-a açıqlamasında bildirib ki, bu il məktəbi 2 sinif – A və B siniflərindən 42 nəfər bitirib:
“Onlardan 27 nəfər 600-dən yüksək bal toplayıb. Təbiət elmləri təmayüllü sinifdən 17 şagirddən 10 nəfəri, texniki təmayüllü sinifdən isə 25 şagirddən 17 nəfəri 600 baldan yuxarı nəticə əldə edib. Ən yüksək nəticəmiz isə 685-690 bal olub. Şagirdlərin hər biri uğurlu və çalışqan şagirdlər olub. Dərslərə davamiyyətləri, tədbir müddətində aldıqları qiymətlər də yüksək olub. Ona görə də, belə yüksək nəticələri gözləyirdik”.
1news.az