Ərdoğan müxalifət liderləri barəsində bütün məhkəmə iddialarını geri çağırır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aparıcı müxalifət partiyalarının liderləri – Cümhuriyyət Xalq Partiyası (CHP) və Milli Hərəkat Partiyası (MHP) ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində növbəti addım atıb.
Sözcü-nün verdiyi xəbərə görə, CHP-nin lideri Kamal Kılıçdaroğlu və MHP-nin lideri Devlet Bahçelinin çevrilişə cəhdi pisləyərək hökumətə dəstəyini göstərdikdən sonra, Ərdoğan onlara qarşı irəli sürülmüş məhkəmə iddialarını geri çağırıb.
“15 iyul çevrilişinə cəhd məsələsində müxalifətin aydın və dəqiq mövqeyini qiymətləndirərək, xoş niyyətini göstərmək qərarına gəlib”, - hökumətdə olan mənbə Reyter-ə bildirib.
“Xüsusən də, dövlət başçısı bütün siyasi partiyalar arasında həmrəyliyini göstərək, müxalifət liderlərinə qarşı irəli sürülmüş bütün məhkəmə iddialarını geri çağırıb”.
Xatırladaq ki, yaxın günlərdə prezident Ərdoğan iqtidar partiyası Ədalət və İnkişaf Partiyasının sədri, ölkənin baş naziri Binəli Yıldırımı, eləcə də aparıcı müxalifət partiyasının liderləri Kamal Kılıçdaroğlu və Devlet Bahçelini qəbul edib.
1news.az