Hillari Klintonun namizədliyi təsdiqləndi | 1news.az | Xəbərlər
Dünya

Hillari Klintonun namizədliyi təsdiqləndi

09:20 - 27 / 07 / 2016
Hillari Klintonun namizədliyi təsdiqləndi

ABŞ-ın Demokratlar Partiyası sabiq dövlət katibi Hillari Klintonu cari ilin noyabr ayında keçiriləcək seçkilərdə ölkə prezidentliyinə namizədi kimi təsdiq edib.

1news.az Anadolu agentliyinin məlumatına görə bu barədə qərar partiyanın Filadelfiyadakı qurultayında keçirilən səsvermə nəticəsində qəbul olunub.

Bununla da, Birləşmiş Ştatların 240 illik tarixi ərzində ilk dəfə sistem formalaşdıran iki siyasi partiyadan biri tərəfindən ali dövlət postuna qadın namizəd irəli sürülüb.

Klinton seçkilərdə demokratları təmsil etmək barədə rəsmi razılığını cümə axşamı Filadelfiyada keçiriləcək partiya qurultayında elan edəcək.

1news.az

Paylaş:
844

Son xəbərlər

Bütün xəbərlər