Xalq kimə güvənir? - Türkiyədə çevriliş cəhdindən sonra ilk sorğu - FOTO
Qardaş Türkiyədə FETÖ qruplaşmasının həyata keçirtmək istədiyi hərbi çevrilişdən sonra xalqın hökümətə dəstəyi daha da artıb.
1news.az xəbər verir ki, məlum hadisələrdən sonra ORC araşdırma şirkəti tərəfindən xalq arasında ilk sorğu keçirilib.
Sorğuda iştirak edənlərin 77,6 faizi gələcəyə ümidli baxır və 79 faizi isə Ərdoğana güvənir.
Xalq siyasi gərginliyin yaşandığı dövrdə vahid düşüncə ətrafında birləşən müxalifət partiyalarından ən çox Milliyətçi Hərəkat Partiyasına (MHP) etibar edib.
Bundan başqa, sorğuda iştirak edənlərin 91,5 faizi vətənə xəanət və terror hadisələri törədənlər haqqında edam cəzası tətbiq edilərsə, qərarı dəstəkləyəcəklərini bildiriblər.
Xalq polis təşkilatı, parlamentə və Baş nazir Binəli Yıldırıma güvəndiklərini də nümayiş etdiriblər.
Sorğunun nəticələri aşağıdakı fotolarda yer alıb:
1news.az