Türkiyədə növbəti terror: 2 polis şəhid olub, 11 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə növbəti terror: 2 polis şəhid olub, 11 nəfər yaralanıb

09:18 - 28 / 07 / 2016
Türkiyədə növbəti terror: 2 polis şəhid olub, 11 nəfər yaralanıb

PKK terrorçularının Türkiyənin Hakkari vilayətində polis məntəqəsinə içində partlayıcı qurğu olan avtomobillə hücumu nəticəsində 2 polis şəhid olub, 10-u polis olmaqla 11 nəfər xəsarət alıb.

1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, polis nəzarət nöqtəsində terrorçular Van istiqamətindən gətirilən içində partlayıcı olan avtomobillə partlayış törədiblər.

Hakkari Dövlət Xəstəxanasına aparılan yaralılardan vəziyyəti ağır olan 2 polis şəhid olub. Yaralanmış 10 polisə və 1 mülki vətəndaşa tibbi yardım göstərilir.

Bölgədə PKK terror təşkilatının mənsublarına qarşı xüsusi əməliyyata başlanılıb.

1news.az

Paylaş:
588

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər