Türkiyədə 1684 zabit ordudan tərxis edilib
Türkiyədə hərbi çevrilişə cəhddən sonra 149 general və admiral, 1099 polkovnik daxil olmaqla 1684 zabit ordudan tərxis olunub.
1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, Quru Qoşunlardan 87 general və 726 polkovnik, Hərbi Hava Qüvvələrindən 30 general və 314 polkovnik, Hərbi Dəniz Qüvvələrindən isə 32 admiral və 59 polkovnik tərxis edilib.
Türkiyə ordusu sayına görə NATO ölkələrinin orduları arasında ikinci yerdədir. 2014-cü ilin məlumatına görə, onun sayı 610 min nəfər təşkil edib.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.
Mövzu ilə əlaqədar oxuyun:
1news.az
869