Türkiyədə FETÖ-ya maliyyə yardımı edən iri holdinq rəhbərləri saxlanıldı - VİDEO
Türkiyənin Kayseri vilayətində Boydak Holding-in Direktorlar Şurasının rəhbəri Mustafa Boydak saxlanılıb.
1news.az-ın Sabah-a istinadla verdiyi xəbərə görə, həmçinin holdinqin İdarə Heyətinin üzvləri Şükrü Boydak, Hacı Boydak, Memduh Boydak və Murat Bozdağ da saxlanılıb.
Hazırda saxlanılanların yaşayış yeri üzrə axtarışlar aparılır.
Saytın verdiyi məlumata göerə, həmin şəxslər Fəthullah Gülənin terror təşkilatına (FETÖ) maliyyə yardımı ayırmaqda ittiham olunaraq saxlanlılıblar.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.
Mövzu ilə əlaqədar oxuyun:
1news.az
731