Hacı Əliyev, Rəsul Çunayev və Mariya Stadnik mövqelərini qoruyublar | 1news.az | Xəbərlər
İdman

Hacı Əliyev, Rəsul Çunayev və Mariya Stadnik mövqelərini qoruyublar

12:21 - 29 / 07 / 2016
Hacı Əliyev, Rəsul Çunayev və Mariya Stadnik mövqelərini qoruyublar

Dünya Güləş Birliyi Rio Olimpiadası öncəsi güləşçilərin yeni reytinq siyahısını açıqlayıb.

1news.az-ın məlumatına görə, sərbəst güləşçilərdən Hacı Əliyev, qadınlardan Mariya Stadnik, yunan-Roma güləşçilərindən isə Rəsul Çunayev reytinq siyahısında birinciliyini qoruyub.

İlk onluqda yer alan sərbəst güləşçilərdən Xetaq Qazyumov 3-cü, Toğrul Əsgərov, Aleksandr Qostiyev və Cəmaləddin Məhəmmədov 5-ci, Cəbrayıl Həsənov, Nurməhəmməd Hacıyev və Hacımurad Ömərov 8-ci sırada qərarlaşıb.

Qadın güləşçilərin onluğunda Tatyana Omelçenko 6-cı, Nataliya Sinişin 8-ci, Yuliya Ratkeviç 9-cu yerdədir.

Yunan-Roma güləşçilərinin reytinq siyahısında isə onluğa daxil olanlardan Rövşən Bayramov 2-ci, Rafiq Hüseynov 4-cü və Saman Təhmasibi 5-ci sırada qərarlaşıb.

Məlumat üçün bildirək ki, Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları 14-21 avqust tarixlərində baş tutacaq. Güləş yığmamız Olimpiadada 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. 

Sərbəst güləş

Qadın güləşi

Yunan-Roma güləşi

57 kq 
12. Mircəlal Həsənzadə - Almaniya Qran Pri turniri 2-ci yer (15

61 kq 
1. Hacı Əliyev - Almaniya Qran Pri turniri 1-ci yer (1)

65 kq 
5. Toğrul Əsgərov - Qızıl Qran Pri 2-ci yer (7)
18. Məhəmməd Müslümov - Əli Əliyev turniri 1-ci yer (nr)
19. Teymur Məmmədov - Əli Əliyev turniri 2-ci yer (nr)

70 kq 
8. Hacımurad Ömərov - U-23 Avropa çempionatı 2-ci yer (7)

74 kq 
8. Cəbrayıl Həsənov - Avropa çempionatı 2-ci yer (8)

86 kq 
5. Aleksandr Qostiyev - Avropa çempionatı 2-ci yer (5)
8. Nurməhəmməd Hacıyev - U-23 Avropa çempionatı 1-ci yer (13)
15. Şərif Şərifov - Almaniya Qran Pri turniri 2-ci yer (nr)

97 kq 
3. Xetaq Qazyumov - Almaniya Qran Pri turniri 1-ci yer (6)

125 kq 
5. Cəmaləddin Məhəmmədov - Qızıl Qran Pri 2-ci yer (8)

48 kq
1. Mariya Stadnik - Avropa çempionatı 1-ci yer (1)

53 kq 
14. Anjela Doroqan - Polan Open turniri 3-cü yer (13)

55 kq 
16. Alyona Kolesnik - U-23 AÇ 2-ci yer (16)

58 kq
8. Nataliya Sinişin - Avropa çempionatı 1-ci yer (8)
9. Yuliya Ratkeviç - Avropa çempionatı 3-cü yer (9)

60 kq 
3. Tatyana Omelçenko - U-23 AÇ 1-ci yer (3)
19. İrina Netreba - Polşa turniri 3-cü yer (18)

59 kq
2. Rövşən Bayramov - Dünya çempionatı 2-ci yer (2)

66 kq
12. Həsən Əliyev - Avropa çempionatı 3-cü yer (71 kq) (11)

71 kq
1. Rəsul Çunayev - Dünya çempionatı 1-ci yer (1)

75 kq
13. Elvin Mürsəliyev - Avropa çempionatı 5-ci yer (12)

80 kq 
4. Rafiq Hüseynov - Almaniya Qran Pri turniri 1-ci yer (75 kq) (4)

85 kq
5. Saman Təhmasibi - Dünya çempionatı 3-cü yer (4)
10. İslam Abbasov - Dünya Kuboku 1-ci yer (10)

98 kq
15. Orxan Nuriyev - Avropa çempionatı 5-ci yer (nr)

130 kq
15. Sabah Şəriəti - Rumıniya turniri 1-ci yer (13)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

1news.az

Paylaş:
1334

Son xəbərlər

Bütün xəbərlər