Unibank “Cashback” xidmətini genişləndirdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank “Cashback” xidmətini genişləndirdi

14:34 - 01 / 08 / 2016
Unibank “Cashback” xidmətini genişləndirdi

Unibank “Cashback” xidmətini əmək haqqı, ALBALI PLUS kredit və ALBALI PLUS debet kartlarına da şamil edib.

İndi Unibank-ın bütün əmək haqqı kartları və eləcə də ALBALI PLUS kredit və ALBALI PLUS debet kartlarında “Cashback” xidməti var. Unibank kartları ilə partnyor və qeyri-partnyor mağazalarda alış-verişlər zamanı xərclənən vəsaitin 20%-dək hissəsi 3 gün ərzində kartınıza geri qayıdacaq. Beləliklə, siz həm Unibank-ın partnyor mağazalarında olan endirimlərdən faydalanacaqsınız,  həm də xərclədiyiniz pulun bir hissəsini bank yenidən hesabınıza hədiyyə edəcək.

Əgər hələ də Unibank kartına sahib deyilsinizsə,  bankın istənilən filialından və eləcə də onlayn formada  sifarişlə ALBALI PLUS (http://debet.albali.az/) və digər debet kartları ala bilərsiniz.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə  Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın (1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir.

Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və “Unicapital” İnvestisiya Şirkəti təsis edilib.

Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 24 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

 

Paylaş:
1005

Son xəbərlər

Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47
Bütün xəbərlər