Cəlilabadın Privolnoye kəndinə ilk dəfə təbii qaz verilib
Avqustun 4-də Cəlilabad rayonunun Privolnoye kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
1news.az-ın məlumatına görə, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 1148 abonenti olan Privolnoye kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 56673 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
1news.az
599