Heydər Əliyev adına Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsi 27% artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Heydər Əliyev adına Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsi 27% artıb

13:02 - 05 / 08 / 2016
Heydər Əliyev adına Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsi 27% artıb

Bu ilin iyul ayında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı 391 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% çoxdur.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Ümumilikdə, 2016-cı ilin ötən yeddi ayı ərzində Bakı hava limanı 1,69 milyon sərnişinə xidmət göstərib. Bu müddət ərzində hava limanının yük terminalı vasitəsilə 8,9 milyon ton yük daşınıb ki, bunun da 88%-i yüklərin, 12%-i isə poçt göndərişlərinin payına düşür.  

Hava limanının sərnişin dövriyyəsinin əsas artımı beynəlxalq aviadaşımaların hesabına baş verib. “Azərbaycan Hava Yolları”nın daxili reyslərindən 302 sərnişin istifadə edib (2015-ci il illə müqayisədə 8% artım). Həmin sərnişinlərin 292 mini Bakı-Naxçıvan marşrutunun payına düşür.

Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat Bakıdan İstanbula, Moskvaya və Dubaya olub. Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və BƏƏ hava yolları ümumilikdə il ərzində bu istiqamətlərdə təqribən 800 min sərnişin daşıyıb. Türkiyənin məşhur kurortları olan Antalya, Bodrum, İzmir və Dalamana sərnişin dövriyyəsi bu il ərzində 56,5 min nəfər təşkil edib.       

Heydər Əliyev adında Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən xidmət keyfiyyətinə görə AZAL 4 ulduza layiq görülüb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı il ərzində 9 milyon sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulub. 

1news.az

Paylaş:
736

Son xəbərlər

Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13
Bütün xəbərlər