BANM mediada ən çox adı hallanan qurumlar içərisində birinci yerə çıxıb
Bakı Ali Neft Məktəbi (BANM) Media Consulting & Services (MC&S) media monitorinq qrupunun 1-31 iyul dövrü üzrə məlumatların hesabatına əsasən, mediada ən çox adı hallanan qurumların içərisindən seçilərək ali məktəblər arasında birinci yerə çıxıb.
1news.az-a BANM-dan verilən xəbərə görə, şirkətin media monitorinq qrupu 10 televiziya, 55 çap və 400 onlayn media daxil olmaqla 465-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən enerji-yanacaq, telekommunikasiya, bank, sığorta, otelçilik və turizm, inşaat, ərzaq, tibb, içki, avtomobil, təhsil və sair sahələrin media monitorinqini aparır. Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb. Beləliklə, aparıcı 5 sektor üzrə mediada ən çox adı hallanan qurumlar müəyyən olunub.
Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında "Azercell" (668 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (1616 məlumat), sığorta şirkətləri arasında "Rəvan Sığorta" (190 məlumat), otel və biznes mərkəzləri arasında "Excelsior Hotel Baku" (168 məlumat), ali məktəblər arasında BANM (1514 məlumat) irəlidədir.
1news.az