Dollar bahalaşaraq 1.61 manat oldu | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dollar bahalaşaraq 1.61 manat oldu

17:28 - 11 / 08 / 2016
Dollar bahalaşaraq 1.61 manat oldu

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 12-nə valyuta məzənnələrini açıqlayıb.

1news.az-ın AMB-yə istinadla verdiyi xəbərə görə, avqustun 12-də manatın dollara qarşı rəsmi məzənnəsi 1,6102 manat təşkil edir.

Qeyd edək ki, bu gün rəsmi məzənnə 1,6062 AZN/USD səviyyəsində təyin olunmuşdu.

Beləliklə, dollar manata qarşı bahalaşmaqda davam edir.

1news.az

Paylaş:
466

Son xəbərlər

Bütün xəbərlər