Məşhur futbolçu sürücülük vəsiqəsi almaq üçün yarım milyon ödədi – FOTO
Almaniya millisinin və “Borussiya Dortmund”un ulduzu Marko Roys 2014-cü ildə avtomobilinin yüksək sürətlə idarə etdiyi üçün ardıcıl cəzalar almışdı.
1news.az axşam.az-a istinadən xəbər verir ki, araşdırma nəticəsində Roysun saxta sürücülük vəsiqəsi istifadə etdiyi məlum olmuşdu.
Buna görə də, Almaniya məhkəməsi futbolçuya günü 6 min avrodan 90 günlük cəza vermişdi.
Aradan keçən 2 ildə avtomobil idarə etməyən Roys dünən sürücülük vəsiqəsi almaq üçün imtahana girib və yeni vəsiqəsini alıb. Futbolçu öncə 540 min avro cərimə ödəməli olub.
Roys bu gün məşqə öz avtomobili ilə gedib.
1news.az
802