Patimat Abakarova: Olimpiya oyunlarına qızıl medal üçün yollanmışdıq - FOTO
Dünən Azərbaycanın taekvondo tarixində ilk dəfə olaraq Olimpiya oyunlarında ilk medalını qazanıb.
Sportbox.az-ın versiyi xəbərə görə, Patimat Abakarova (49) bürünc medal qazanıb. İdmançı qazandığı uğurunun təəssüratlarını Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmaya Məmmədovaya verdiyi müsahibəsində bildirib:
- Bürünc medal qazanmağınızı gözləyirdinizmi?
- Olimpiya oyunlarına qızıl medal üçün yollanmışdıq, lakin ilk yarışım uğursuz alındı. Daha sonra Serbiyadan olan idmançı finala yüksəldi, beləcə mənim bürünc medal qazanmaq şansım artdı. İkinci yarıçı ikiqat olinpiya çempionu çinli ilə mübarizəm oldu. Təkbətək oyunda isə fransız idmançıya qalib gələrək bürünc medal qazandım.
- İlk mübarizədə məğlubiyyətdən sonra hansı hisslər keçirdiniz?
- Ruh düşkünlüyü olmadı. Belə ki, ümidim vardı ki, rəqibim finala keçəcək. Əlbəttə ki, çox narahat idim. Bütün qüvvəmi son yarışa saxlamışdım. Deməzdim ki, yarış çox ağır idi. Yalnız medal uğrunda mübarizədə təzyiq var idi.
- Olimpiya oyunlarının bürünc medal sahibinin hansı təəssüratları var?
- Hələ ki, hər şeyi sona qədər dərk etməmişəm. Sevinirəm. Düşünürəm ki, hələ sabah Olimpiya medalını qazandığımı dərk edəcəyəm.
- Qazandığınız medal Azərbaycanın taekvondo tarixində Olimpiya oyunlarında ilk medalıdır. Bu haqda nə deyə bilərsiniz?
- Hər kəsə qələbə arzu edirəm. Biz bir kamandayıq və hər zaman bir-birimizi dəstəkləyəcəyik.
Teymur Maksutov