ABŞ üzgüçülərin hərəkətinə görə üzr istəyib
ABŞ Olimpiya Komitəsi Rioda silahla qarət olunması barədə yanlış məlumat verən 4 üzgüçünün qəbuledilməz hərəkətinə görə üzr istəyib.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, polis qızıl medalçıların üçünün ifadəsini alıb və deyib ki, "onlar şikayət etdikləri cinayətin qurbanı olmayıb".
4 üzgüçüdən ikisinə - Gunnar Bentz və Jack Conger - cümə axşamı günü Riodan uçmağa icazə verilib.
Ryan Lochte də artıq ölkəni tərk edib, lakin James Feigen hələ də Braziliyada saxlanılır.
Cənab Bentz və cənab Conger çərşənbə günü ifadə alınmaları üçün Rio hava limanında təyyarədən endirilib.
Cənab Lochte əvvəlcə deyib ki, onlar bir yerdə şənlikdən taksi ilə geri qayıdanda silahla qarət olunublar.
Lakin yerli polis rəisi Fernando Veloso deyib ki, dörd Olimpiya çempionu qarət olunmayıb.
O jurnalistlərə açıqlamasında deyib ki, üzgüçülərdən biri və ya hamısı yanacaqdoldurma məntəqəsində vandallıq edib və sonradan vurduqları ziyana görə onlardan ödəniş tələb olunub.
Amerikalılar ödənişi edib və yalnız silahlı mühafizə işə qarışandan sonra ərazini tərk ediblər, o deyib.
Üzgüçülərdən biri xaotik hərəkət etməyə başlayanda mühafizədən biri haqlı olaraq ona silah tuşlayıb, cənab Veloso əlavə edib.
1news.az