Heydər Mirzə: “Ya Sarqsyan “İsgəndər” OTRK-nın xüsusiyyətləri ilə tanış deyil, ya da növbəti dəfə yalan danışır” | 1news.az | Xəbərlər
Siyasət

Heydər Mirzə: “Ya Sarqsyan “İsgəndər” OTRK-nın xüsusiyyətləri ilə tanış deyil, ya da növbəti dəfə yalan danışır”

18:13 - 26 / 09 / 2016
Heydər Mirzə: “Ya Sarqsyan  “İsgəndər” OTRK-nın xüsusiyyətləri ilə tanış deyil, ya da növbəti dəfə yalan danışır”

Mütəxəssis Heydər Mirzə “erməni İsgəndər-ləri” haqda.

“Şəxsən məndə belə təəsürat yaranıb ki,  Yerevanda son paradda “İsgəndər” operativ-taktiki raket kompleksinin (OTRK) nümayiş etdirilməsi Ermənistandan çox Azərbaycanda müzakirələrə səbəb olub”, - deyə H.Mirzə “İstiqlal” saytında yerləşən köşəsində yazıb.

“Bunu ajiotaj adlandırmazdım. Lakin, digər tərəfdən fəal müzakirələr, güc balansını Ermənistan tərəfə çevirmək iqtidarında olmasa belə,  nəzəri cəhətdən Azərbaycanın müdafiə imkanlarına ciddi təhlükə yarada biləcək silahdan gedir. Yəqin ki, oxucular “İstiqlal” saytının son anadək bu mövzuya toxunmadığını görürlər. Bunun öz səbəbi var. Səbəb isə yaxın günlərdə Bakıda start götürəcək “ADEX-2016” silah sərgisini başlamasını gözləməkdir.

Əminəm ki, sərgi nəticəsində müəyyən razılşamaalar olacaq, və istisna deyil ki, bunlardan bir qismi Rusiyanın Ermənistana “İsgəndər” OTRK-nı ötürməsinə cavab olacaq. Ermənistandan fərqli olaraq, Azərbaycanın Hərbi-Sənaye Kompleksinin xarici əlaqələri daha geniş və müxtəlifdir”, - deyə mütəxəssis qeyd edib.

Lakin, H.Mirzənin fikrinə əsasən, hal-hazırda artıq bir-neçə məqam aydındır.

“Birincisi.

“Biz, qısa müddətdə Azərbaycanın hər-hansısa çiçəklənən şəhərini Ağdam kimi viran qoya biləcək, fəaliyyət dairəsi 300 kilometri aşan ballistik raketlərə malikik”, - bu Sarsyanın bu yaxınlarda etdiyi bəyanatdır.

Lakin bu tip OTRK-nın bir diviziyonu (Ermənistanda bu silahdan məhz bu qədər var) belə Ağdam miqyasında şəhəri dağıda bilməz. Bilirsiniz Sarqsyanın 800 hektara çevrilən “200-300 metr” sözlərindən sonra mən bu şəxsin bəyanatlarına şərh verməmək sözü vermişdim. Lakin, təəsüf ki, şərh etməliyəm. Bircə bunu deyəcəm - Ya Sarqsyan  “İsgəndər” OTRK-nın xüsusiyyətləri ilə tanış deyil, ya da növbəti dəfə yalan danışır.

Bir variant da var ki, o Ağdamın miqyası ilə tanış deyil. Mənim sözlərimi yoxlayın, şəhərin göstəricilərini internetdən əldə edin, bu ballistik raketlərin taktiki-texniki xüsusiyyətlərini nəzərdən keçirin.

İkincisi

Azərbaycanın cavabı mövzusu. Yuxarıda artıq qeyd etdim ki, “ADEX-2016”-nın bitməsini gözləmək daha yaxşı olardı. Rusiyadan daha çox miqdarda həmin “İsgəndər” OTRK-larının alınması variantıda var. Müəyyən mənada, bir neçə gün əvvəl Azərbaycanın öz “Zərbə” PUA-larının yığması haqda məlumatı cavab hesab etmək olar. Lakin bu assimetrik cavabdır, hər bir halda Azərbaycanın raket-artileriya qüvvələrinin düşmənlə müqayisədə qat-qat üstün olduğu hələ də qüvvədədir. Xüsusən də uzaqmənzilli Yaylım Atəşi Raket Sistemlər (YARS) sahəsində.

Üçüncüsü.

Azərbaycanın hələ vaxtı var. Tələsməyə dəyməz. Zaman həmişə daha yaxşı alternativ təqdim edir. “İsgəndər” OTRK-sı isə Ermənistanın Azərbaycana, xüsusi ilə də dinc şəhərlərə qarşı istfadə edə biləcəyi silah deyil. Böyük ehtimalla bu silahlaların kredit əsnasında verilməsi Rusiyanın Ermənistanda daxili siyasi vəziyyətə təsir etmək cəhdidir. Apreldə erməniləri biabır edən hadisələr az qalmış idi ki Sarqsyanı devirə. Və burada məqsəd Solub-bitən hadisələrdən sonra Sarqsyana xalqı qarşısında lovğalanmaq üçün bir şey vermək idi. Buna görə də Ermənistana bu sistemləri verdilər”, - deyə H.Mirzə vurğulayıb.

Mövzu ilə əlaqədar oxuyun:

“İsgəndər” müəmması: Rusiyanın Ermənistanı silahlandırması nəyə xidmət edir? – FOTO

1news.az

Paylaş:
1132

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər