Zakir Həsənov türkiyəli həmkarı ilə müzakirə aparıb
Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə Respublikasının milli müdafiə naziri ilə görüşüb.
1news.az Müdafiə Nazirliyinin (MN) saytına istinadən xəbər verir ki, sentyabrın 27-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Fikri Işıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də mütəxəssislərin birgə hazırlığı, təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
1news.az