Silahlı Qüvvələr yerli istehsal olan yeni növ pilotsuz uçan aparatlar ilə təmin ediləcək
Sentyabrın 27-də müdafiə naziri Zakir Həsənov ilə müdafiə sənayesi naziri Yavər Camalov arasında Silahlı Qüvvələrin yerli istehsal olan pilotsuz uçan aparatlar ilə təmin edilməsi barədə anlaşma memorandumu imzalanıb.
1news.az-ın məlumatına görə, Bakı Ekspo Mərkəzində “ADEX 2016” İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisi çərçivəsində imzalanan sənədə əsasən, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan yüzlərlə yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçan aparatlar yaxın vaxtlarda Silahlı Qüvvələrin istismarına veriləcək.
1news.az
562