“Referendum azad, açıq və müvafiq prosesə uyğun şəraitdə keçdi” - Avropa Parlamentinin üzvləri | 1news.az | Xəbərlər
Siyasət

“Referendum azad, açıq və müvafiq prosesə uyğun şəraitdə keçdi” - Avropa Parlamentinin üzvləri

12:56 - 27 / 09 / 2016
“Referendum azad, açıq və müvafiq prosesə uyğun şəraitdə keçdi” - Avropa Parlamentinin üzvləri

Avropa Xalq Partiyasının Müşahidə Nümayəndə heyəti 26 sentyabrda Azərbaycanda keçirilmiş Konstitusiya referendumuna dair bəyanat açıqlayıb.

1news.az xəbər verir ki, nümayəndə heyətinin tərkibi 7 dövləti təmsil edən və digər seçki müşahidələrində təcrübəyə malik 11 üzvdən, o cümlədən Avropa Parlamenti və milli parlamentlərin hazırki və keçmiş üzvləri, Avropa İttifaqı hökumətlərinin keçmiş üzvlərindən ibarət olub.

Bəyənatda qeyd olunub ki, nümayəndə heyəti səsvermə günündən əvvəl bəzi seçki məntəqələrində hazırlıq işləri ilə tanış olub və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəhbərliyi ilə görüşüb:

“Bizə məlumat verildi ki, səsə qoyulacaq 29 düzəlişin tam mətni və hazırki Konstitusiya mətni ilə fərq səsvermədən bir ay əvvəl bütün vətəndaşlara çatdırılıb. Mərkəzi Seçki Komissiyasının bütün qaydaları müsbət təcrübələrə və beynəlxalq standartlara uyğun idi.

İlk olaraq onu vurğulamaq lazımdır ki, bu gün biz 1 deyil, 29 referendumun şahidi olduq, çünki Azərbaycan Respublikası vətəndaşları hər düzəliş üzrə öz səsini verə bildi, bu isə hər seçicinin səsvermə kabinəsində həmişəkindən daha çox qalmasına səbəb oldu”.

EPP nümayəndə heyəti səsvermə məntəqəsində açılış prosedurlarında iştirak edib və səsvermə müddətində digər məntəqələrə baş çəkib, eləcə də səsvermə məntəqələrindən birinin bağlanması prosesini müşahidə edib:

“Baş çəkilən bütün məntəqələrdə prosedurlar beynəlxalq normalara uyğun idi, seçicilərə müvafiq kömək göstərilirdi, böyük əksəriyyət prosesin mahiyyəti və səsvermə proseduru barədə yaxşı məlumatlanmışdı, eyni zamanda hərbçilər yaxud polis işçilərinin olmadığı qeydə alındı.

Nəticə etibarilə, nümayəndə heyətimiz hesab edir ki, 26 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasında Konstitusiyaya dəyişikliklərə dair referendum prosesi ən yaxşı beynəlxalq normalara riayət olunmaqla, azad, açıq və müvafiq prosesə uyğun şəraitdə keçdi və şübhəsiz, Azərbaycan Respublikası xalqının iradəsini ifadə edəcəkdir”.

1news.az

Paylaş:
522

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər