Antalayda balıqçı vətəgəsinə raket düşüb | 1news.az | Xəbərlər
Dünya

Antalayda balıqçı vətəgəsinə raket düşüb

14:46 - 14 / 10 / 2016
Antalayda balıqçı vətəgəsinə raket düşüb

Türkiyədə növbəti terror aktı həyata keçirilib.

1news.az-ın HaberTürk-ə istinadən verdiyi məlumatına əsasən Antalya-Kəmər magistralında yanacaqdaşıyan avtomobil yoldan keçərkən qarşısında mina partlayıb.

Maşın ciddi xətər görməyib.

Bununla birgə, dağdan atılan raket mərmisi balıq vətəgəsinə düşüb.

Partlayış nəticəsində vətəgədə yanğın çıxıb.

Xoşbətxlikdən ölən və yaralananlar yoxdur.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını və xüsusi təyinatlı bölmələr cəlb olunub.

1news.az

Paylaş:
1143

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər