UNICEF səfiri: Uşaq və gənclərə yatırım - Azərbaycanın gələcəyinə ən perspektivli töhfədir
Hazırda bir çox ölkələrin neftin qiymətinin aşağı düşməsilə bağlı qarşılaşdığı mürəkkəb iqtisadi dövr dövlətlər üçün yatırım sahələrində də çətinlik yaradır.
Həmçinin Azərbaycanda da neftin qiymətinin aşağı düşməsindən zərər çəkən ölkə olaraq İqtisadi İnkişafın Yol Xəritəsi işlənib hazırlanır.
BMT-nin Uşaq Fondu (UNICEF) təklif edir ki, bu sənədə Azərbaycanın gələcəyi olan gənc və uşaqlarına yatırım edilməsi bəndi də əlavə edilsin.
“Yeni sənaye, infrastrukturun inkişafı və digər iri layihələrə investisiya kimi biz, UNICEF olaraq ümid edirik ki, maliyyələşmənin bir qismi sosial xidmətlərin möhkəmlənməsinə yönələcək”, - UNICEF-in Azərbaycandakı yeni səfiri Edvard Karvardin 1news.az-a müsahibəsində bildirib.
Buraya həmçinin reabilitasiya mərkəzləri şəbəkəsini genişləndirmək, uşaqların fərdi təhsilə marağını artırmaq, gənclərin öz istedadını inkişaf etdirmək üçün proqramlar da aiddir.
“Əgər siz hər bir uşağı əhatə edən təhsilə yatırım edirsinizsə, bu uşaqlar böyüdükdən sonra onların yaxşı işlə təmin edilməsinə imkan yaranacaq. Eləcə də bu, onların övladlarına da yardım edəcək. Beləliklə, siz daha məhsuldar işçi qüvvəsi əldə edərək sağlam, zəhmətkeş nəsil qazanacaqsınız”.
Beləliklə, dövlət bugünkü uşaqlara dəstək göstərməklə dövlət büdcəsinin xərclərini azaladaraq gələcək nəsillər üçün sosial sahədə yardım etmiş olur:
Fotoda Azərbaycan Paralimpiya Oyunlarında İmran Cəfərzadədir(mərkəzdə)
UNICEF bu ismarışı qlobal səviyyədə yaymaq məqsədindədir: əgər bu gün zəif qrupdan olan uşaqlara yatırım edilməsə, onlar böyüyən zaman əhalinin zəif kateqoriyası olaraq qalacaqlar. Onlar əvvəlki kimi təhsilsiz, kasıb, sağlamlığı zəif və ən əsası isə ölkənin inkişafı üçün öz töhfələrini verə bilməyəcəklər. Bu, nəsildən nəsilə keçərək adət halını alacaq.
Yatırımların mənbəyinə nəzər saldıqda səfir qeyd edib ki, bir sıra nümunələr var. Dövlət sözsüz olaraq bu sahədə məsuliyyət daşıyır. Lakin özəl sektorun da bu sahədə böyük imkanları var. Dövlətlə özəl sektor arasında əməkdaşlıq üçün böyük imkanlar var. UNICEF öz tərəfindən texniki resurs və təcrübələrini təklif etməyə hazırdır:
“Azərbaycanda yaranmış iqtisadi vəziyyətlər dövləti optimal yollar axtarmağa sövq edir. Ümid edirəm ki, bu seçim uşaqların və gənclərin, xüsusən də zəif qruplardan olan uşaqların dəstəyini özündə qismən daxil edəcək”.
1news.az