Obamanın qardaşı Trampı dəstəklədi | 1news.az | Xəbərlər
Dünya

Obamanın qardaşı Trampı dəstəklədi

09:59 - 19 / 10 / 2016
Obamanın qardaşı Trampı dəstəklədi

ABŞ prezidenti Barak Obamanın ögey qardaşı Malik Obama Donald Trampı rəqibi Hillari Klintonla son teledebatlarda dəstəkləyəcəyinə söz verib.

1news.az-ın  “New York Post”-a istinadən verdiyi məlumatına əsasən, M.Obama Trampın ABŞ-ı yüksəltmək iqtidarında olduğunu deyib.

Həmçinin o, seçki kampaniyasını işıqlandıran KİV-lərin qərəzli olduğunu bildirib.

Onun sözlərinə görə, bir neçə qadın tərəfindən Trampa qarşı irəli sürülən ittihamlar əsassızdır.

“Mən onlara inanmıram. Qabaq harada idilər? Niyə indi ortaya çıxdılar?”, - deyə Malik Obama vurğulayıb.

Bundan əlavə, ABŞ prezidentinin qardaşı H.Klintonu Yaxın Şərqdəki vəziyyətdə və Müəmmər Qəddafinin ölümündə günahlandırıb.

1news.az

Paylaş:
491

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər